Azərbaycan klubu liqadan uzaqlaşdırıldı - SƏBƏB

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı - SƏBƏB
Cənubi Azərbaycanın "Sulduz” klubu fəaliyyətini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi "Instagram" səhifəsi məlumat yayıb. Buna səbəb maliyyə problemləri olub. Bu səbəbdən də komanda üçüncü liqadakı çıxışını dayandırmalı olub.

"Təəssüf ki, komandanın üzləşdiyi maliyyə sıxıntıları və verilən vədlərin yerinə yetirilməməsi getdiyimiz yolu ikiqat çətinləşdirdi. Artıq bu yolu davam etdirməyə qadir deyilik! Gücümüz yox, üzümüz qaradır! Gözəl vətənim, qoy yalnız bunu deyim, başın sağ olsun Sulduz!”, - məlumatda qeyd olunub.

loading...

Xəbər lenti