Azərbaycan Kubokunu “Keşlə” uddu - İlk dəfə

Azərbaycan Kubokunu “Keşlə” uddu - İlk dəfə
Bu gün futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş tarixə 25-ci final oyunu kimi düşəcək. Qalib komanda da tarixində ilk dəfə ölkə kubokunu qazanacaq.

Həlledici qarşılaşmada "Keşlə” və "Qəbələ” üz-üzə gələcək.

Bu komandaların yolları indiyədək 2 dəfə kubokda kəsişib. Hər iki halda yarımfinalda üz-üzə gələn rəqiblərin duellərində 4 matç baş tutub. Bir dəfə paytaxt klubu, digərində isə "Qəbələ” finala adlayıb. Baş tutan 4 oyundan birində bakılılar qalib gəlibsə, son 3 qarşılaşmada "Qəbələ” 2 top fərqilə qələbə qazanıb. "Keşlə” daha öncə 4, "Qəbələ” isə 2 dəfə kubokun finalında oynayıb. Lakin sözügedən klubların heç biri indiyə qədər finalda qələbə qazanmayıb. Bu dəfə onlardan biri nəhayət ilkə imza atmaq şansına malikdi.

Azərbaycan Kuboku

Final

28 may

"Keşlə” - "Qəbələ” 0:0 (1-ci hissə)

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev. Qəbələ şəhər stadionu, 20:00.

"Keşlə”: 1. Kamran Ağayev, 2. Sərtan Taşkın, 3. Denis Silva Kruz, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna. Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Pərdis Fərcad-Azad, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 48. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 28. Məmməd Quliyev, 16. Şahin Zəkiyev.

Baş məşqçi: Yuri Maksimov.

"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Jozef-Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone. Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacılı, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev.

Baş məşqçi: Roman Qriqorçuk.

***

Oyun başladı.

***

İlk hissə bitdi. Hesab açılmayıb.

***

İkinci hissə başladı.

***

Pərdis Fərcad-Azad 71-ci dəqiqədə fərqlənir. "Keşlə” 1:0 hesabı ilə öndədir.

***

Oyun bitdi.

Matç Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatdı. Bununla da "Keşlə” tarixində ilk dəfə Azərbaycan kubokunun sahibi oldu.

Beləliklə, "Keşlə” kuboku qazanmaqla yanaşı, həm də Avroliqaya vəsiqə qazandı.
Загрузка...

Xəbər lenti