Azərbaycan-Malta: oyun başladı - CANLI YAYIM (YENİLƏNİR)

Azərbaycan-Malta: oyun başladı - CANLI YAYIM (YENİLƏNİR)

Azərbaycan-Malta oyunu başladı. Oyunu buradan canlı izləyə bilərsiniz.

***

UEFA Millətlər Liqasının 4-cü turunda saat 20:00-da başlayacaq Azərbaycan – Malta oyunu üçün heyətlər açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: 1. Kamran Ağayev (k.), 19. Rahil Məmmədov, 22. Bədavi Hüseynov 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 17. Mahir Mədətov, 16. Rüfət Dadaşov

Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3 Ürfan Abbasov, 6 Bəxtiyar Həsənalızadə, 8 Emin Mahmudov, 9 Namik Ələskərov, 10. Ruslan Qurbanov, 11 Ramil Şeydayev, 14 Rahid Əmirquliyev, 15 Cavid İmamverdiyev, 18 Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə

Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andre Aqius, 8. Pol Feneç, 9. Jozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Xuan Korbalan, 17. Rayan Kamilyeri, 19. Alfred Effionq

Ehtiyat oyunçular: 12. Anri Bonelyo, 23. Stiv Sultana, 16. Ferdinando Apap, 22. Keyn Attard, 2. Maykl Conson, 21. Roderik Briffa, 6. Cek Qreç, 18. Byorn Kristensen, 17. Stefan Pisani, 20. Endryu Kohen, 16. Jan-Pol Farrucia, 13. Kleyton Faylla

***

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turuna bu gün start veriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Komandamız D liqasının III qrupunda Malta ilə üz-üzə gələcək. İki gün əvvəl Farer adaları ilə səfərdə qarşılaşan Qurban Qurbanovun yetirmələri budəfəki rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Qrupdakı ilk iki sınağında heç-heçəyə razılaşan yığmamız Farer adalarını səfərdə böyük hesabla (3:0) məğlub edərək, vəziyyəti düzəldib. Komandamız lider Kosovo ilə aradakı xal fərqinin daha da artmaması üçün doğma azarkeşləri önündə autsayderdən mütləq 3 xal almalıdı.

UEFA Millətlər Liqası. D liqası, III qrup
14 oktyabr

20:00. Azərbaycan – Malta
Bakı Olimpiya Stadionu. Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki (hamısı Xorvatiya)

1.

Kosovo

3

2

1

0

5-1

7

2.

Azərbaycan

 

3

1

2

0

4-1

5

3.

Farer adaları

3

1

0

2

3-6

3

4.

Malta

3

0

1

2

3-7

1

Загрузка...

Xəbər lenti