Azərbaycan Ordusunda bunlar etmək olmaz - YENİ QADAĞALAR

Azərbaycan Ordusunda bunlar etmək olmaz - YENİ QADAĞALAR
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun layihəsində dəyişiklik edilib.

Publika.az-ın xəbərinə görə, qanun layihəsi barədə birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

Onun sözlərinə görə, qanuna edilən dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağan edilir.

Bununla yanaşı "Siyasi partiyalar haqqında" qanunda da dəyişiklik olunub. Z.Əsgərov bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, Silahlı Qüvvələrdə siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.

"Ordunun gücləndirilməsi, dövlət sirri təşkil edən məlumatların məxfiləşdirilməsi, sərhədlərin qorunması baxımdan bu layihələr çox əhəmiyyətlidir”.
Загрузка...

Xəbər lenti