Azərbaycan yığması Norveçə uduzdu

Azərbaycan yığması Norveçə uduzdu
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da Norveçi qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Əsas millinin baş məşqçisi Qurban Qurbanovun da canlı izlədiyi qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.

Fasilədən dərhal sonra rəqib ardıcıl 2 dəfə fərqlənib. 48-ci dəqiqədə Birk Risa, 50-ci dəqiqədə Morten Torsbi Kamran İbrahimovun qoruduğu qapıya yol tapıb. 56-cı dəqiqədə Barış Ekincier fərqi azaltsa da, Torsbi 76-cı dəqiqədə özünün ikinci, komandasının üçüncü qolu ilə yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, Azərbaycan millisi 5-ci qrupdakı 9-cu oyunundan sonra 2 xalla sonuncu pillədə qalıb. Komanda bu nəticə ilə növbəti mərhələyə yüksəlmək şansını itirib. Norveç yığması isə 8 oyundan sonra 14 xal toplayıb.

Azərbaycan yığması sonuncu - onuncu görüşünü də oktyabrın 10-da səfərdə Norveç millisinə qarşı keçirəcək.

11 sentyabr

Avropa çempionatı, seçmə mərhələ

20:00. Azərbaycan - Norveç - 1:3

Barış Ekincier, 56 - Birk Risa, 48. Morten Torsbi, 50: 76

Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (San Marino)

"Dalğa Arena"

Загрузка...

Xəbər lenti