Azərbaycanda ağır qəza: Yaralanan var

Azərbaycanda ağır qəza: Yaralanan var
Gəncədə iki avtomobilin toqquşub, xəsarət alan var. 

Panorama.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Hərəkətdə olan "Mercedes” və "VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər qadın sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti