Azərbaycanda ağır qəza - YARALILAR VAR

Azərbaycanda ağır qəza -  YARALILAR VAR
Şəmkir rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, yanacaq daşıyan yük maşını ilə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə minik avtomobili dərəyə düşüb. 

İlkin məlumatlara görə, hadisə nəticəsində yaralananlar var. 

Hazırda əraziyə DYP-nin əməkdaşları və təcili yardım biriqadası cəlb olunub.
Загрузка...

Xəbər lenti