Azərbaycanda böyük vergi islahatına başlanılır

Azərbaycanda böyük vergi islahatına başlanılır
"Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən müddət ərzində dövlət büdcəsinin gəlirindən faktiki olaraq imtina edilir”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın 2019-cu il büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib. 

Nazir çıxışında qeyd edib: "Biz istəyirik ki, iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın. Bunun üçün sahibkarlara stimul yaradırıq. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə də toxunmuşuq. Əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyələşdirilirdi, ancaq indi bunlar dövlət büdcəsi ilə maliyyələşdiriləcək”.

Загрузка...

Xəbər lenti