Azərbaycanda daha iki kanal yayıma başlayır

Azərbaycanda daha iki kanal yayıma başlayır
Azərbaycanda daha iki kanalın IP TV yayımı üçün lisenziya verilib.

Bu barədə Oxu.Az-a Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Bildirilib ki, şuranın növbəti iclası zamanı "Farrux Teleradio” MMC-nin və "Shakh Telecom” MMC-nin IP TV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılıb. 

Onlara kabel şəbəkəsi yayımı (yayım üsulu – internet, IP TV) üçün müddətsiz lisenziya verilib.
Загрузка...

Xəbər lenti