Azərbaycanda DƏHŞƏT: Kürəkən qayınatası və qaynını bıçaqladı

Azərbaycanda DƏHŞƏT: Kürəkən qayınatası və qaynını bıçaqladı
Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Panorama.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Ə.Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, kürəkən qayınatası 1963-cü il təvəllüdlü Cabbarov Etibar Ələddin oğlu və qaynı 1992-ci il təvəllüdlü Cabbarov Afiq Etibar oğlunu bıçaqlayıb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti