Azərbaycanda DƏHŞƏT: Nənə nəvəsini ölmüş kimi qələmə verib... - ŞOK İDDİA

Azərbaycanda DƏHŞƏT: Nənə nəvəsini ölmüş kimi qələmə verib... - ŞOK İDDİA
Anası tərəfindən atılan Əfsanə "Səni axtarıram"ın studiyasında olub.

Sonxeber.az xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı Əfsanədən nənəsinin nə üçün studiyaya gəlmədiyini soruşub.

Əfsanə nənəsinin səhhətinin pisləşdiyini bildirib.

X.Hidayətqızı Əfsanəyə atasından xəbər verəcəyini qeyd edib:

"Mən sənə dünən "sabah atandan xəbər verəcəyəm" dedim. Niyə getdi nənən? Bəlkə burda eşidəcəklərindən qorxub qaçdı. Sən özün şübhələnmədin ki, dünən mən sənə dedim ki, "atandan xəbər verəcəm" və bu gün nənən studiyaya gəlmir. Nənən gəlsin efirə!".

Daha sonra studiyaya Əfsanənin həyat yoldaşı Arif dəvət olunub.

Arifin sözlərinə görə, onların 9 aylıq körpəsini Əfsanənin nənəsi oğurlayıb:

"Mən həbsxanada olanda qızım dünyaya gəlib. 9 aylıq uşağımın ölüm xəbərini eşitdim. Mənim qızımı da nənə yox edib. O, 2017-ci ilin aprelin 17-də doğulan qızımı Əfsanənin xəbəri olmadan oğurlayıb, uşağı Oruc adlı oğlana verib. Bizə körpənin öldüyünü deyib. Dünən mən Solmazdan uşağın qəbrinin yerini soruşanda, o "qızımın basdırıldığı yer şumlanıb",- dedi. Ölünü qəbiristanlığa basdırarlar".

loading...

Xəbər lenti