Azərbaycanda dəhşətli qəza: mikroavtobusla yük maşını TOQQUŞDU - YARALILAR VAR

Azərbaycanda dəhşətli qəza: mikroavtobusla yük maşını TOQQUŞDU - YARALILAR VAR
İsmayıllı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Panorama.az apa-ya istinadən xəbər verir ki, Muğanlı-İsmayıllı yolunda "Mersedes" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn "Hyundai" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı İsmayıllı və Bakı sakinləri-2014-cü il təvəllüdlü Oruclu Ruhin Mehdi oğlu, 1953-cü il təvəllüdlü Şükürov Ağaverdi Əli oğlu, 1959-cu il təvəllüdlü Məmmədov Rafiq Salam oğlu, 1991-ci il təvəllüdlü Orucov Mehdi Əlişir oğlu, 2011-ci il təvəllüdlü Babazadə Tunar Ceyhun oğlu, 1966-cı il təvəllüdlü Orucov Əlişir Cahangir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti