Azərbaycanda direktor məktəbdə qadın ALT PALTARI SATIR

Azərbaycanda direktor məktəbdə qadın ALT PALTARI SATIR
Hacıqabul rayon Kolani kəndinin orta məktəbinin direktoru təhsil ocağını şəxsi məqsədləri üçün istifadə edir. Kənd sakinləri və müəllimlərin Criminal.az saytına verdiyi məlumata görə, məktəbin direktoru Arifə Əliyeva həyat yoldaşı Həbib Əliyevlə birgə məktəb daxilində bazar açıb: ''Arifə və onun əri Həbib Əliyev məktəbin idman paltar dəyişmə otağını marketə çevirib. Üstəlik Əliyev ailəsi bu əməlini 7 ildir ki, yoxlanışa gələn Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Rayon Gigiyena İdarəsindən ustalıqla gizlədə bilir. Dövlət qurumlarından yoxlama gələndə bu qanunsuz bufetin qapı və pəncərəsini bağlayırlar. Məkəbin bufetində zərərli qida məhsulları deyil, meyvə, süd məhsuları və s. yerləşdirilir. Ancaq bu məktəbin qanunsuz bufetində icazə verilməyən nə varsa satılır. Məktəblilər dondurmanı, cipsini vitrində görəndə könlündən keçir. Buna görə də, məktəb direktoru bu bufetdən yaxşı qazanc əldə edə bilir''.

Şikayətçilər deyir ki, bir müddət əvvəl direktor ailə biznesini böyüdərək məktəbdə qadın alt paltarları satdırırmış: ''Bir ara qadın lasinaları satdırırdı. Böyük narazılıq yarandı, həmin malları oradan yığışdırdı. Aprelin 1-dən dondurma biznesi açıb. Hələ bilirsiniz uşaqlar üçün nə qədər ziyanlı qidalar satılır?Valideynlər rayon təhsil şöbəsinə şikayət etsələr də, reaksiya verilmir. Heç direktorun həyat yoldaşı Həbib Əliyev özü məktəbin işçisi deyil . O, Kür su kəməri idarəsinin ştatda olan işçisidir, ancaq işə getmək əvəzinə məktəbdə həyat yoldaşının biznesinə nəzarət ediryerinə məktəb daxilindəki bazarı idarə edir. Həmçinin, valideynlər dəfələrlə Hacıqabul rayon Təhsil Şöbəsinə şikayət etsələr də, görünür şöbənin işçilərinin də burada marağı olduğu üçün açıq bazara göz yumurlar. Valideynlər övladlarının sağlamlığına zərər vuran qida məhsullarının məktəbdən yığışdırılmasını, direktorun məktəbə bazar deyil, təhsil ocağı kimi yanaşmasını istəyirlər.''.

Direktor Arifə Əliyeva Criminal.az saytına açıqlamasında məktəbdə bizneslə məşğul olmasını təkzib etdi: ''Bizim məktəbdə belə bir biznes yoxdur. Onu kim danışır? Bizim məktəbdə belə bir vəziyyət yaranmayıb, yalandan çıxarırlar. Kim bunu sizə deyibsə adını mənə deyin. Onların adını demirsinizsə, mən də sizə əlavə məlumat vermirəm''.
Загрузка...

Xəbər lenti