Azərbaycanda dollarla bağlı VACİB QƏRAR

Azərbaycanda dollarla bağlı VACİB QƏRAR
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib. Bu qərar əhali arasında dolların ucuzlaşacağına dair şayiələrin yaranmasına səbəb olub.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, uçot dərəcəsinin endirilməsi məzənnəyə dolayısı ilə təsir edəcək.

"Uçot dərəcəsinin azalması və ya artması valyuta məzənnəsinə birbaşa təsir edən amil deyil. Faizin aşağı düşməsi isə banklara daha çox nağd pula çıxış imkanlarının artırılması üçün atılmış addımdır. Bu dolayısı ilə dövriyyədə olan manatın kütləsini artıra bilər. Manatın kütləsinin artması həmin manatın bir hissəsinin valyutaya keçməsi ilə müşayiət oluna bilər”.
loading...

Xəbər lenti