Azərbaycanda “Facebook”, “Instagram”, “Whatsapp” və “Messenger” çöküb

Azərbaycanda “Facebook”, “Instagram”, “Whatsapp” və “Messenger” çöküb
"Facebook”a məxsus sosial şəbəkələrdə, o cümlədən "Instagram”, "Whatsapp” və "Messenger” proqramlarının işində problem yaranıb.
"Report” xəbər verir ki, bu barədə sosial şəbəkələrin və veb səhifələrin işini müşahidə edən "DownDetector.com” məlumat yayıb.

Sosial şəbəkə istifadəçiləri xüsusən xəbər lentində, yazışmalarda problemlərin olmasından şikayət edirlər.

Problemlər Azərbaycanla yanaşı, ABŞ, Yunanıstan, Britaniya, İspaniya və digər ölkələrdə müşahidə olunur.

Azərbaycanda adıçəkilən sosial şəbəkələrə giriş tam olaraq qapanıb. Yalnız VPN vasitəsilə xarici ölkələrə məxsus IP ünvanlarla sosial şəbəkələrə daxil olmaq mümkündür.

Sosial şəbəkə rəhbərliyi hələlik problemlərin səbəbləri ilə bağlı açıqlama verməyib.

***

Saat 17:00-dan başlayaraq Azərbaycan ərazisində sosial şəbəkələrin fəaliyyəti sabitləşməyə başlayıb.

Загрузка...

Xəbər lenti