Azərbaycanda həyat yoldaşı şəhid olan qadının qızı əlindən alındı: "Məndən pul tələb edirlər" - ŞOK TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşı şəhid olan qadının qızı əlindən alındı:
Mingəçevir şəhər sakini Firəngiz qızı Xəyalənin axtarışı üçün Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib.

Sonxeber.az xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızına müraciət edən Firəngiz qızının onun əlindən alınmasını və baldızlarının ondan pul tələb etməsini açıqlayıb.

O bildirib ki, qızının 14 yaşı olanda baldızları onu Rusiyaya aparıb.

"Həyat yoldaşım şəhid olub. Baldızlarım qızım Xəyaləni Rusiyanın Moskva şəhərinə qonaq apardılar. Dedilər ki, uşağa 5-10 gün baxaq, sonra gətirərik. Üstündən bir müddət keçəndən sonra zəng eləyib qızımı istədim, hər dəfəsində də bir bəhanə elədilər. Ancaq qızımı göndərmədilər. Axırda da qızımı geri qaytarmaq üçün məndən pul tələb etdilər", - deyə qadın əlavə edib.

loading...

Xəbər lenti