Azərbaycanda kombayn sürən qadın nazirin diqqətini çəkdi - FOTO

Azərbaycanda kombayn sürən qadın nazirin diqqətini çəkdi - FOTO
Ölkəmizdə mexanizator peşəsini daha çox kişilər icra edir. Bərdə rayonunda isə mexanizator kimi çalışan xanım var.

Panorama.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, sözügedən Radə Məmmədova adlı qadın "21 mexanizator qardaşın 1 mexanizator bacısı"dır.

Qadın mexanizator bildirib ki, bu peşəyə yiyələnməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:

"Mənim mexanizator ixtisası üzrə ali təhsilİ almağımda və həyat yolumun seçimində ulu öndərimiz Heydər Əliyevin müstəsna rolu var. Onunla görüşdə mənə "Gənc qızsan, amma əllərin kişi əlləri kimi qabarlıdır. Səni oxumağa göndərirəm" – dedi. Həmin gün sənədlərim toplandı və Kənd Təsərrüfatı İnstitutuna göndərildi".
Загрузка...

Xəbər lenti