Azərbaycanda məşhur marketin müdiri intihar edib

Azərbaycanda məşhur marketin müdiri intihar edib
Bərdə rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, rayon icra hakimiyyətinin yaxınlığında qeydə alınıb.

Rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü evinin həyətində yerləşən çardaqdan asaraq intihar edib. İntiharın baş vermə səbəbi bilinmir.

T.İsgəndərovun "Araz" marketin Bərdə filialının müdiri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...

Xəbər lenti