Azərbaycanda SMS-lərin qiymətləri artırılır?

Azərbaycanda SMS-lərin qiymətləri artırılır?
"Azercell” MMC SMS xidmətində nəzərdə tutulmuş tarif dəyişikliyi barədə qərarını ləğv edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, "Azercell” aprelin 14-ü SMS tariflərinin 0,05 AZN-ədək yüksəldiləcəyi barədə qərar vermişdi.

Yeni qərara əsasən, SMS qiymətləri əvvəlki səviyyədə, tarif paketlərindən asılı olaraq 0,02-0,03 AZN səviyyəsində qalacaq.
Загрузка...

Xəbər lenti