Azərbaycanda "Son zəng" günü ölüm faciəsi

Azərbaycanda
Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

Rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş. (apa)

Xəbər lenti