Azərbaycanda sosial müavinət alanların sayı və məbləği

Azərbaycanda sosial müavinət alanların sayı və məbləği
2019-cu il oktyabrın 1-i vəziyyətinə 392,7 min nəfərə sosial müavinətlər təyin olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, bunlardan yaşa görə müavinət alanların sayı 76,2 min nəfər, əlilliyə görə - 177,5 min nəfər, ailə başçısını itirməyə görə - 44,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,3 min nəfərdir:

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 280 nəfər qəyyumuna aylıq müavinət verilib.Bununla yanaşı, şəhid ailələrinin, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 8,2 min ailəsinə 14,2 min uşaq üçün aylıq müavinət verilib.

Bundan əlavə, 1351 nəfər bir yaşınadək uşağı olan 1339 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9,1 min uşaq üçün sosial müavinət ödənilib”.

2019-cu ilin doqquz ayı ərzində Nazirlik tərəfindən 47936 ailəyə 50696 uşağın anadan olmasına görə, 4200 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxsə müalicə üçün və 4876 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər verilib.

Bundan başqa, hesabat dövründə . Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 381 nəfər zərərçəkən kompensasiya alıb: "Əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
loading...

Xəbər lenti