Azərbaycanın daha 13 idmançısı cəzalandırıldı

Azərbaycanın daha 13 idmançısı cəzalandırıldı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalanıb.

Virtualaz.org Azərbaycan Milli Antidopinq Agentliyinə istinadən bildirir ki, idmançılardan 7-si güləşçi, 4-ü boksçu, qalanları isə ağırlıqqaldıran və taekvondoçudur.

Güləşçilərdən Qurban Qurbanov, Şəhriyar Məmmədov, Heydər Abdullayev, Mansur Şahinov, Xalid Əlizadə və Sübhan Muradov 48 ay, Təbriz Yusubzadə 24 ay, boksçulardan Ağalar Sadıqzadə, Fərid Qasımzadə və Elvin Qəmbərov 48 ay, Mirqadir Miriyev 24 ay, ağırlıqqaldıran Cəbrayıl Abzərli 48 ay, taekvondoçu Ülvi Mustafayev 24 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Загрузка...

Xəbər lenti