Azərbaycanlı bəstəkar vəfat etdi

Azərbaycanlı bəstəkar vəfat etdi
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan, Əməkdar incəsənət xadimi, Həsənağa Adıgözəlzadə dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov yayıb.

Bildirilir ki, 72 yaşlı mərhum bəstəkarın cənazəsi bu gecə Türkiyədən Bakıya gətirilib.

Bu gün 12:00-dan 14:00-a dək Təzə Pir məscidində Həsənağa Adıgözəlzadə ilə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Adıgözəlzadə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin əmisidir.
Загрузка...

Xəbər lenti