Azərbaycanlı biznesmen oğlu Rusiyada dəhşət saçdı: 2 ölü, 3 yaralı – Video

Azərbaycanlı biznesmen oğlu Rusiyada dəhşət saçdı: 2 ölü, 3 yaralı – Video
Sankt-Peterburqun mərkəzində baş verən qəzada iki nəfər ölüb, 3-ü ağır olmaqla və biri nisbətən yüngül yaralanıb. Hadisəni azərbaycanlı gənc "BMW X6” markalı maşını ilə piyada səkisində şütüyərkən törədib.

Sputnik Azərbaycan "Fontanka” nəşrinə istinadla xəbər verir ki, sükan arxasında əyləşən şəxs Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Murad Qasımovdur.

Onun törətdiyi qorxunc qəza ötən gecə yerli vaxtla təxminən saat 02:00-da baş verib.

Tünd rəngli yan şüşələri olan qara rəngli BMW X6 sürətlə Liteynaya küçəsi ilə kəsişmədə şütüyüb. Bir qədər fasilə verərək 53 nömrəli binanın yaxınlığında "Mersedes” markalı avtomobili ötüb. Sonra "Škoda Octavia” markalı maşını vuran BMW səkiyə çıxıb. Maşın yandakı işıq dirəyinə yüngülcə toxunandan sonra səkidəki piyadaları vurub. Sürəti azaltmayan BMW pidalarla yanaşı Starbacks kafesinin də qapılarını qırıb.

Burada maşın iki nəfərin ölümünə səbəb olub. Onlardan birinin adı 40 yaşlı ABŞ vətəndaşı Todd Eşli Kroveldır. Maşının sürəti o həddə olub ki, bu qədər zərbələrdən sonra sürücü avtomobili saxlaya bilməyib. On metr sonra BMW Corinthia Hotels-in sütunlarının altından keçib. Maşın daha 50 metr də hərəkət edəndən sonra Nevski küçəsinə çıxıb. Burada isə nəhayət avtomobil dayanıb.

Meyitləri hadisə yerindən dərhal aparmayıblar. Təcili yardım 3 nəfər ağır yaralanı xəstəxanaya çatdırıb.

Sürücünün özü isə ciddi xəsarət almayıb. O, baş vermiş hadisəni gec dərk edib. Əvvəlcə sürücünün nə dediyini başa düşməyiblər, sonra dili açılıb. O, anlaqlı vəziyyətdə proqramlaşdırılmış suallara açıq şəkildə cavab verib.

Məlum olub ki, Murad Qasımov Azərbaycanda anadan olub. 2010-cu ildən ailəsi ilə birlikdə Sankt-Peterburqda yaşayır. Con Rid küçəsindəki 3 otaqlı mənzildə qeydiyyatdadır.

Qəzadan dərhal sonra Muradla birlikdə yaşayan çoxsaylı qohumları hadisə yerinə gəliblər. Lakin onlar polisin mühasirəyə aldığı Muradı görə bilməyiblər. Hadisə yerinə Sankt-Peterburq şəhər polisinin rəisi şəxsən gəlib.

Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Qasımov yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Bəzi cərimələrinə görə hələ də dövlətə borcludur.

Ekspertizadan keçərkən, Murad həkimə etiraf edib ki, dünən axşam barlardan birində "şarik” iyləyib, sükan arxasında isə, sadəcə olaraq, "sönüb”. Qəza zamanı nə baş verdiyinin fərqində olmayıb.

Qasımovun sahibkarlıq fəaliyyəti və Rusiyadakı azərbaycanlı burjuaziyasına daxil olub-olmadığı məlum deyil. Sadəcə o məlumdur ki, onun atası ciddi sahibkardır. Bu səbəbdən də o, "Vkontakte”də dəbli avtomobilləri və bahalı maşın nömrələrini bəyannaməsiz-filansız təqdim edə bilir. O, sorğu protokolunda işsiz olduğunu qeyd edib.

Загрузка...

Xəbər lenti