Azərbaycanlı eks-polisin liftdə qadını öldürməsinin ŞOK KADRLARI (18+)

Azərbaycanlı eks-polisin liftdə qadını öldürməsinin ŞOK KADRLARI (18+)

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın cənub-qərbindəki yaşayış binalarından birinin liftində qadını soyğunçuluq məqsədi ilə bıçaqlayıb öldürən azərbaycanlını yaxalayıb.


Hadisə noyabrın 5-də baş verib. Znamenski bağları küçəsindəki evin sakinləri 1966-cı ildə anadan olmuş qadının meyitini liftdə aşkar ediblər. Məlum olub ki, qadın azı 10 bıçaq zərbəsi ilə öldürülüb.

Videomüşahidə kameraları qadınla birlikdə liftə daxil olan şəxsin görüntülərini qeydə alıb. Bu görüntülər əsasında həmin şəxsin Azərbaycan vətəndaşı Rövşən Şabanov olduğu müəyyənləşib. R.Şabanovun əvvəllər Azərbaycanın daxili işlər orqanlarında işlədiyini, keçmiş polis işçisi olduğu bildirilir. Bu haqda "İnterfaks”a hüquq-mühafizə orqanlarındakı mənbələrdən deyiblər. O, əvvəllər də dəfələrlə soyğunçuluq əməlləri törədib.

Məlum olub ki, həmin gün Şabanov göstərilən ünvanda bir neçə soyğunçuluq hadisəsi törədib. O, liftdə sakinlərdən birini bıçaqla hədələyərək mobil telefonunu əlindən alıb. İkinci zərərçəkən isə 4-cü kurs tələbəsi olan qızdır, o pul kisəsinin əlindən alındığını bildirib.

Şabanovun növbəti qurbanı-əczaçılıq şirkətlərindən birində menecer işləyən Larisa Frosina olub. Qadın soyğunçuya müqavimət göstərməyə çalışıb və qışqırıb, bu vaxt cinayətkar onu bıçaqlayıb öldürüb.

R.Şabanovun Peredelkino rayonunda növbəti soyğunçuluq cinayəti zamanı yaxalandığı bildirilir.

Mənbə: Virtualaz.org
 


Загрузка...

Xəbər lenti