Azərbaycanlı əsirlərə işgəncə verən generalın mer oğlu istefa verdi

Azərbaycanlı əsirlərə işgəncə verən generalın mer oğlu istefa verdi
Atası həbs edilən Karen Qriqoryan vəzifəsindən gedib
Ermənistan parlamentinin deputatı, iki gün əvvəl həbs edilən Manvel Qriqoreyanın oğlu Karen Qriqoryan Eçmiədzinin meri vəzifəsindən istefa verib. REAL TV xəbər verir ki, bu barədə "Sputnik-Ermənistan” məlumat yayıb. 

Karen Qriqoryanın özü də bu barədə Facebook-da yazıb: "Mən – Karen Qriqoryan öz istəyimlə istefa verirəm”. 

Qeyd edək ki, Eçmiədzində vilayətin "feodal”ı hesab edilən Karen Qriqoryana qarşı etiraz aksiyası keçirilmişdi. Nümayişçilər baş nazir Nikol Paşinyanın fotolarını qaldırmış və "məxməri inqilab”ın simvollarından istifadə etmişdilər. 

Xatırladaq ki, general Manvel Qriqoryan Ermənistan ordusunun Cəbrayıl və Füzulinin işğalında iştirak etmiş 5-ci briqadasının komandiri olub. O, Füzilinin talan olunmasına başçılıq edib, azərbaycanlı əsirlərə qarşı xüsusi qəddarlığı ilə seçilib.

Xəbər lenti