Azərbaycanlı məktəblilərdən tarixi REKORD

Azərbaycanlı məktəblilərdən tarixi REKORD
Moldovanın paytaxtı Kişinyov şəhərində 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO 2019) keçirilir. 
 
Bakupost.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 30 aprel-5 may tarixlərində keçirilən olimpiadada ölkəmizi Abbas Məmmədov, Fərid İsmayılov , Fuad Anzurov, Murad Ağazadə, Ramil Cəbiyev və Anar Rzayev adlı məktəbliləridən ibarət 6 nəfərlik komanda təmsil edir. 

Azərbaycanlı məktəblilər olimpiadada uğurla çıxış edib. Belə ki, komandanın üzvləri 4 gümüş, 1 bürünc medal qazanıblar. 

Qeyd edək ki, olimpiadada qazanılan medalların sayına görə toplanan xal tarixdə ən yaxşı nəticəmiz sayılır. 
 



Загрузка...

Xəbər lenti