Azərbaycanlı narkobaronun arvadından canlı efirdə ŞOK SÖZLƏR - FOTO

Azərbaycanlı narkobaronun arvadından canlı efirdə ŞOK SÖZLƏR - FOTO
Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinidə narkobaronun həyat yoldaşı şok açıqlamalarla çıxış edib.

Sonxeber.az xəbər verir ki, "Səni axtarıram" verilişinə çıxan, atası Arifi axtaran Əfsanə ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb

Qadın canlı yayımda çıxış edərkən həyat yoldaşı İltizamın narkobaron olduğunu açıqlayıb:

"İltizam Arifin ögey qardaşıdır. Həyat yoldaşım İltizam narkobarondur. Ərimin adamı qardaşımı, anamı və bacımın həyat yoldaşını qaçırıb. Hamı həyat yoldaşımdan qorxur. O Rusiyada minlərlə adam öldürüb. Ancaq heç kim onun üstünü aça bilmir. Çünki onda olan pul heç kimdə yoxdur. İstədiyi adamı öldürtdürüb qanını bağlaya bilər. pulların hamısını narkotikin hesabına qazanıb".

Qadın onu da qeyd edib ki, həyat yoldaşı İltizam həm narkotik, həm də alkoqol içkilərin aludəçisi olub.

Загрузка...

Xəbər lenti