Azərbaycanlı prezidentliyə namizədin Britaniyada bank hesabı aşkarlandı

Azərbaycanlı prezidentliyə namizədin Britaniyada bank hesabı aşkarlandı
Ukraynada prezidentliyə namizəd, Dövlət Fiskal Xidmətinin əslən azərbaycanlı keçmiş başçısı  üç il ərzində Böyük Britaniyadakı bank hesabında 300 min dollar pul gizlədib.

Bu barədə "Strana.ua” məlumat yayıb.

"Hesab Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə qurumunda açılıb, son üç il ərzində təqsirləndirilən şəxsə məxsus olub”, - deyə korrupsiya ilə mübarizə prokurorluğunun prokuroru Andrey Perov bildirib.

Hazırda Böyük Britaniyada həmin hesabla bağlı məhkəmə prosesi davam edir və yerli hüquq-mühafizə orqanları hesabdakı aktivləri dondurmaq qərarına gəlib.

Prokurorun sözlərinə görə, Nəsirov bundan xəbər tutub və Ukrayna prezidentliyinə namizədin təqdim etməli olduğu bəyannamədə Britaniya hesabında 300 min dollar pulun olduğunu göstərib.

İttiham tərəfi hesabda olan 300 min dollara həbs qoyulmasına dair vəsatət qaldırıb. Öz növbəsində Nəsirovun vəkilləri qarşı tərəfin vəsatətinin təmin olunmaması üçün məhkəməyə müraciət edib.

"Vəsatətə hazırlaşmağa vaxtımız olmayıb”, - deyə Nəsirovun vəkili Aleksandr Lısak bu müraciəti əsaslandırmağa çalışıb.

Hakim məsələyə baxılmasını fevralın 14-nə kimi təxirə salıb.

"Mən hesabı bəyannamədə göstərməmişəm. Çünki orada dollarlar yoxdur, başqa aktivlərdir. Hansı aktivlərin olduğunu sonra biləcəksiniz”, - deyə prezidentliyə namizəd Nəsirov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın mərkəzi seçki komissiyası Nəsirovun 31 mart 2019-cu ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini qeydiyyata alıb.

oxu.az
loading...

Xəbər lenti