Azərbaycanlı tələbə Türkiyədə 5-ci mərtəbədən yıxıldı - VİDEO

Azərbaycanlı tələbə Türkiyədə 5-ci mərtəbədən yıxıldı - VİDEO
Türkiyədə azərbaycanlı tələbə yataqxana binasından yıxılıb.


Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən Karaman şəhərinin Fenari məhəlləsində Molla Fenari prospektində baş verib.


Karamanoğlu Mehmetbey Universitetində tibb təhsili alan 22 yaşlı Həmdəmin Balakişiyev tələbə yataqxanasının 5-ci mərtəbəsindəki otağının pəncərəsindən yıxılıb. Azərbaycanlı tələbə ağır bədən xəsarəti alıb.


Məlumata görə, Həmdəmin Balakişiyev epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkirmiş. Tələbə yoldaşlarının sözlərinə görə, həmin vaxt o hava almaq üçün pəncərəyə yaxınlaşıb. Bu zaman epilepsiyası tutub və müvazinətini itirərək 15 metr yüksəklikdən beton səki üzərinə düşüb. 


Azərbaycanlı tələbə Karaman Dövlət Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
 
Загрузка...

Xəbər lenti