Azərbaycanlı Ukrayna baş prokurorunun müavini oldu

Azərbaycanlı Ukrayna baş prokurorunun müavini oldu
Ukraynanın baş prokuroru Ruslan Ryaboşapka Gündüz Məmmədovun baş prokurorun müavini vəzifəsinə təyin edilməsi haqqında əmr imzalayıb.

Virtualaz.org bildirir ki, bu barədə "İnterfaks-Ukrayna” saytı məlumat yayıb.

Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Gündüz Məmmədov 2016-cı ilin avqustundan bu günə qədər Krım Muxtar Respublikasının prokuroru vəzifəsini icra edib. Gündüz Məmmədov – İ. İ. Meçnikov adına Odessa Dövlət Universitetinin məzunu olub. 2013-cü ildə Odessa milli iqtisad universitetini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

Qeyd edilir ki, G. Məmmədov 1996-cı ildən Odessanın Primorski rayon prokurorluğunda prokuror köməkçisindən, prokurorunun birinci müavininə qədər vəzifələrdə çalışıb. 2012-ci ildən 2013-cü ilə qədər Kiyev vilayət prokurorluğunun aparatında işləyib. 2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək Dnepr Ekoloji Prokurorluğunun istintaq şöbəsinin müdiri vəzifəsini icra edib. 2014-cü ilin iyul ayında - Odessa prokuroru, 2015-ci ilin dekabrında - Odessa vilayətinin prokurorunun müavini, 2016-cı ilin avqustunda Krım Muxtar Respublikasının prokuroru təyin edilib.
loading...

Xəbər lenti