“Azəriqaz” Yasamalda baş vermiş yol qəzası ilə bağlı açıqlama yaydı

“Azəriqaz” Yasamalda baş vermiş yol qəzası ilə bağlı açıqlama yaydı
Avqustun 7-də günorta saatlarında Bakının Yasamal rayonunun Hüseyn Cavid prospekti, 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə məlumat daxil olub.

"Azəriqaz”dan EkoNews-a verilən məlumata görə, əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib: "Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb.

Təqribən, 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Əvvəlki korroziyaya uğramış və əvəzləmədən sonra yeni qaz xətləri də əvəz edilib. Bu gün qazılmış hissənin örtülməsi icra olunur.

İşlərə başlamamışdan öncə ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub. Lakin buna baxmayaraq, minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb”.

Ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər".

loading...

Xəbər lenti