Bakı Bulvarında ilanlar peyda oldu - VİDEO

Bakı Bulvarında ilanlar peyda oldu - VİDEO
Müğənni Elmira Ələkbərzadə sosial şəbəkədəki hesabında Dənizkənarı Milli Parkda ilanların olması ilə bağlı video paylaşıb.

Unikal.org-a açıqlama verən müğənni videonu rəfiqəsinin lentə aldığını bildirib:

"Rəfiqəm Bulvarın Bayıl tərəfdə olan hissəsində velosiped sürməyə gedib.Həmin vaxt yerdə uzun və qalın ilanın süründüyünü görüb.Aidiyyatı qurumlar təcili olaraq bu məsələni nəzarətə götürməlidir.Çünki Dənizkənarı Bulvara vətəndaşlar ailəsi və övladları ilə gedir.Xəstələr və azyaşlılar həmin ilanlarla qarşılaşsa bunun acı nəticəsi ola bilər.Şəxsən mənim üçün bundan sonra bulvar söhbəti bağlandı!”
 

Загрузка...

Xəbər lenti