Bakı metrosunda qatarın qapısı açıq qaldı, sərnişinlərin həyatı təhlükədə - VİDEO

Bakı metrosunda qatarın qapısı açıq qaldı, sərnişinlərin həyatı təhlükədə - VİDEO
Xəbər verdiymiz kimi, 15 iyun axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

"Belə ki, "28 May" stansiyasından "Gənclik" stansiyasına doğru hərəkət edən qatarlardan birinin qapısında problem yaranıb. Qatar bir stansiyada texniki nasazlıq səbəbindən qapısı açıq şəkildə hərəkət edib. "Gənclik" stansiyasında bu problem aradan qaldırılıb və qatar hərəkətinə davam edib".

BiG.AZ xəbər verir ki, qatarda vaqonun qapısının açıq qalması anını sərnişinlərdən biri videoya çəkib. Görüntülər qısa zamanda sosial şəbəkədə yayılıb. 

Həmin videonu təqdim edirik: 
 

loading...

Xəbər lenti