Bakı Qran-Prisinə bilet qiymətləri açıqlandı

Bakı Qran-Prisinə bilet qiymətləri açıqlandı
"İndiyədək 51 xarici ölkədən Formula 1 üzrə Bakı Qran-Prisinə bilet alınıb. Hazırda xaricdən ən çox bilet alanlar Rusiya və Monakodandır. Daha sonra müvafiq olaraq Böyük Britaniya, Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Ukrayna və digərləri ölkələrdəndir".

Bu sözləri "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai modern.az-a deyib.

Nigar Arpadarai ən ucuz və ən baha biletlərin qiymətlərini açıqlayıb: "Məlum olduğu kimi, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib. Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Yerli sakinlərə biletlərin qiymət intervalı 70-850 AZN civarındadır. Yarış həvəskarları 2019 Formula 1 Azərbaycan Qran Prisinin biletlərini paytaxtın müxtəlif yerlərində olan bilet satış nöqtələrindən və ya www.bakucitycircuit.com saytından əldə edə bilərlər".

Formula 1 üzrə Bakı Qran-Prisi aprelin 26-28-ci tarixlərində keçirləcək.

loading...

Xəbər lenti