Bakı Şəhər İcra Hakimiyyətindən vurulan süpürgəçi ilə bağlı — AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyətindən vurulan süpürgəçi ilə bağlı — AÇIQLAMA
Bakıda faciəli şəkildə ölən qadını avtobus yolu süpürərkən deyil, yolu keçərkən vurub.
Bu barədə "Ölkə.Az”a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

Qeyd edilib ki, Bəsti Dostəli qızı Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində çalışıb: "Bəsti Dostəli qızı Eyvazova 2015-ci ildən orada çalışmırdı”.
Qeyd edək ki, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Hadisəni törədən sürücü saxlanılıb.

Загрузка...

Xəbər lenti