Bakıda avtobus sürücüsünü döydülər

Bakıda avtobus sürücüsünü döydülər
Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.

Bununla bağlı Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında "Xaliq Faiqoğlu” şirkətinə məxsus "İsuzu” markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb. 

"Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, hadisə sərnişinin sürücüdən avtobusu dayanacaqdankənar ərazidə saxlamasını tələb etməsindən sonra baş verib.  

Avtobus dayanacağa daxil olandan sonra sərnişinlərdən biri sürücüyə xəsarət yetirib.  

Məsələ ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırma aparılır. 

loading...

Xəbər lenti