Bakıda imtahan nəticələri ən pis olan rayonlar açıqlandı

Bakıda imtahan nəticələri ən pis olan rayonlar açıqlandı
Bu il doqquzuncu sinif şagirdlərinin imtahan nəticələrinə əsasən Bakıda ən yaxşı nəticəni Səbail, Xətai və Nizami rayonları göstərib.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bildirib.

"Son üç yerdə isə Pirallahı, Xəzər və  Suraxanı rayonları təşkil edib. Son illərlə müqayisədə şagirdlərin imtahan nəticələrində aşağı göstəricilər 0,54 faiz yaxşılaşıb, müvəffəq qiymət alan  şagirdlərin göstəriciləri 2,16 faiz yaxşılaşıb”.

Məhəbbət Vəliyeva onu da vurğulayıb ki,  2016/2017-ci tədris ilk müqayisədə bu 2017/2018-ci tədris ilində müəllimlərinə sayında 0,3, şagirdlərin 4,5 faiz artım müşahidə edilir:

"Bu tədris ilində təhsil alacaq şagirdlərin 83 faizi Azərbaycan bölməsi,17 faizi rus bölməsi üzrə qeydə alınıb”.

Загрузка...

Xəbər lenti