Bakıda kütləvi dava: bir nəfər xəstəxanalıq oldu

Bakıda kütləvi dava: bir nəfər xəstəxanalıq oldu
Nizami rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.  

Oxu.Az xəbər verir ki, hadisə B.Çobanzadə küçəsində, "Oskar” restoranının yaxınlığında yerləşən tikintidə baş verib.  

Belə ki, Elgiz və Səxavət adlı şəxslər, eləcə də, başqa 2 nəfər 1985-ci il təvəllüdlü Göyüşov Coşqun Ağalar oğlu ilə mübahisə edib.  

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı C.Göyüşov döyülərək xəsarət alıb.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona bədənin və başın küt travması, qolun və ayaqların əzilmiş yarası diaqnozu qoyulub.  

İlkin məlumata görə, C.Göyüşovla digər şəxslər arasında pul üstündə mübahisə yaranıb. Nəticədə dava baş verib.  

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.  

loading...

Xəbər lenti