Bakıda müəllim şagirdi döydü - uşaq kəllə beyin travması aldı

Bakıda müəllim şagirdi döydü - uşaq kəllə beyin travması aldı
Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.

Panorama.az-ın ONA-ya istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.
Загрузка...

Xəbər lenti