Bakıda polis işçisi ofisdə həlak oldu

Bakıda polis işçisi ofisdə həlak oldu
Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı tabel silahından açılan atəş nəticəsində ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumdur ki, yanvarın 11-də axşam saat 18.00 radələrində  paytaxtın Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinin ofisində odlu silahdan açılan atəş nəticəsində 35 yaşlı İlkin Tapdıqov iş yerində ölüb.

Hazırda hadisə yerində operativ-istintaq qrupunun üzvləri işləyir. Baş verən hadisənin təfərrüatı araşdırılır.

Загрузка...

Xəbər lenti