Bakıda restoranda atışma: Xüsusi təyinatlılar hadisə yerində - ölən və yaralanan VAR

Bakıda restoranda atışma: Xüsusi təyinatlılar hadisə yerində - ölən və yaralanan VAR

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.


Panorama.az report-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub. Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

Загрузка...

Xəbər lenti