Bakıda vəzifəli şəxs "AA" seriyalı avtomobillə DƏHŞƏTLİ QƏZA törətdi – ÖLƏN VAR

Bakıda vəzifəli şəxs
Bakıda ağır qəza törədən şəxsin kimliyi müəyyənləşib.

Publika.az xəbər verir ki, noyabrın 22-də saat 6 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 25-30 yaşlı kişi vurulub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib.

Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 66 AA 146 dövlət qeydiyyat nişanlı "Toyota” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Rəsul Atayev olması müəyyən edilib və o, saxlanılıb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R.Atayev banklardan birində yüksək vəzifədə çalışır.

****

09:51

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində - üzü Koroğlu metrostansiyasına doğru olan istiqamətdə naməlum avtomobil 25-30 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerindəcə vəfat edib. Qəzanı törədən avtomobil uzaqlaşsa da, qısa müddətdə kameralar vasitəsi ilə müəyyənləşdirilib.

Bəlli olub ki, ağır qəzanı 66 AA 146 dövlət qeydiyyat nişanlı "Toyota” törədib. Hadisə yerindən qaçan avtomobilin Yevlax rayon İcra Hakimiyyətinə məxsus olduğu bildirilir.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
loading...

Xəbər lenti