BakuBus bu tarixədək pulsuz işləyəcək - RƏSMİ

BakuBus bu tarixədək pulsuz işləyəcək - RƏSMİ
İyulun 3-ü saat 19:00 radələrindən etibarən "BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir. 
 
Panorama.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin  tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir. 

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması vəziyyətinə dair əlavə məlumat veriləcək.

Xəbər lenti