Balaca gimnastımız beynəlxalq turnirin qalibi oldu

Balaca gimnastımız beynəlxalq turnirin qalibi oldu
Fevral ayının 23-ü və 24-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə "Beynəlxalq Budapeşt Star – 2019” yarışması keçirilib. Macarıstanla yanaşı, Polşa, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Latviya, Belçika, İsrail, Xorvatiya və Rusiyanın çoxsaylı klublarının mübarizə apardığı turnirdə Azərbaycanı yenə də həmyerlimiz - 8 yaslı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında fərdi yarışlarda fərqlənərək, 2-ci yerə layiq görülüb və gümüş medal qazanıb. 

Balaca gimnastımız bundan öncə fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində keçirilən "Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışmasının qızıl medalına sahib olmuşdu. Beləliklə bu, fevral ayında Mina Abbasovanın qazandığı ikinci böyük qələbəsi oldu.

Qeyd edək ki, 200-ə yaxın iştirakçının qatıldığı budəfəki yarışda Mina Abbasova 2 qat Asiya çempionu, Rusiya və Özbəkistanın Beynəlxalq səviyyəli idman ustası Elezaveta Nazarenkadan ustad dərsləri də alıb. Ustad məşqçi Minanın imkanlarının çox böyük olduğunu xüsusi olaraq vurğulayıb. 

Balaca gimnastın ən böyük arzusu doğma Azərbaycanı Dünya və Olimpiya çempionatlarında təmsil etmək və bayrağımızı zirvələrə qaldırmaqdır!
 İl balaca çempionumuz üçün uğurlu gəlib, uğurların daha da bol olsun, Mina!  




Загрузка...

Xəbər lenti