Baş müstəntiq striptiz göstərdi, işdən qovdular - VİDEO

Baş müstəntiq striptiz göstərdi, işdən qovdular - VİDEO
Ulan-Ude polis idarəsinin baş müstəntiqi Vətənin Müdafiə Gününə həsr olunmuş təntənəli tədbirə rəqqasə dəvət etdiyinə görə işdən çıxarılıb. Bu barədə Buryatiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, "vKontakte” sosial şəbəkəsində Ulan-Ude polisinin Oktyabr bölməsində keçirilən tədbirin video-görüntüləri yayılıb. Kadrlardan görünür ki, zalda polislər oturublar, birdən ortaya rəqqasə gəlir və stulun üstünə çıxaraq, erotik rəqs ifa etməyə başlayır.

Görüntülər yayılandan sonra Buryatiyanın Daxili İşlər Nazirliyi xidməti yoxlama təyin edib. Araşdırma nəticəsində məlum olub ki, rəqqasənin çıxışını polis idarəsinin baş müstəntiqi təşkil edib. Bundan sonra onu daxili işlər orqanlarından xaric ediblər.

Bundan əlavə, idarənin rəisinə, onun kadr məsələləri üzrə köməkçisinə, şöbə müdirinə və onun müavininə isə xidməti məsuliyyətin tam dərk olunmamasına görə xəbərdarlıq olunub.


Загрузка...

Xəbər lenti