Baş nazir müavinlərinin vəzifə bölgüsü: Kim hansı sahəni kurasiya edəcək?

Baş nazir müavinlərinin vəzifə bölgüsü: Kim hansı sahəni kurasiya edəcək?
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Hazırda hökumətə rəhbərlik edən Baş nazir Novruz Məmmədovun üç müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Hacıbala Abutalıbov.

Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.

İndi isə yenilənmiş tərkibdə 4 müavin qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.

Maraqlıdır, baş nazirin müavinləri arasında hansı sahələrə nəzarət necə bölüşdürülüb? Məsələn, Bakının keçmiş meri Hacıbala Abutalıbovun bundan sonra baş nazirin müavini kimi hansı sahəyə rəhbərlik edəcəyi dəqiq bilinmir.

Bəs baş nazirin müavinlərinin vəzifə bölgüsü daxili nizamnamədə necə aparılır?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında bu məsələdən danışıb. Tahir Kərimlinin sözlərinə görə,  Nazirlər Kabinetində bununla bağlı rəsmi bölgü yoxdur.
 
"Bu, daxili qərarla qəbul olunur”

"Rəsmi şəkildə prezident Nazirlər Kabinetinin tərkibini dəyişən zaman müvafiq qanunvericiliyə əsasən, təsnifat bu cür olur: baş nazirin birinci müavini və baş nazirin müavinləri. Onların adları hansısa sahəyə nəzarət etmələri üzrə göstərilmir. Çünki Nazirlər Kabinetində  rəsmi bölgü olmadığından bu, daxili qərarla qəbul olunur. Bildiyimə görə, baş nazirin birinci müavini lazım gəldikdə baş naziri əvəz edir, diplomatik münasibətlərə baxır, xarici qonaqları prosedura uyğun olaraq qəbul edir”.

Bəs Hacıbala Abutalıbov?

Milli Məclisin üzvü Bakının sabiq meri haqqında da danışıb: 

"Baş nazirin sabiq müavini Abid Şərifov o zamanlar fövqəladə hallar məsələlərinə, tikinti işlərinə nəzarət edirdi. İsmət Abasov kənd təsərrüfatını kurasiya edirdi. Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdi. 
Əli Əhmədov ən çox sosial sferanı kurasiya edir. Nazirlər Kabinetində bölgü bu formada olur.

Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbova gəlincə, o, güman ki, Abid Şərifovun missiyasını həyata keçiriəcək, fövqəladə hallara, tikinti işlərinə baxacaq”.

Onda Elçin Əfəndiyevlə İsmət Abasovun kurasiyasındakı sahələr necə olacaq? Tahir Kərimlinin fikrincə, həmin sahələr Əli Əhmədovla Əli Həsənov arasında bölüşdürülə bilər. 

"Baş nazirin müavinləri ixtisar edilə bilər”

Tahir Kərimli baş nazirin müavinlərinin ixtisara düşdüyünü də söyləyib:

"Məndə belə bir məlumat da var. Ola bilsin ki, baş nazirin 6 deyil, elə 4 müavini qalsın. Düşünürəm ki, bu,  ixtisardır. Çünki bu məsələni biz də bir neçə dəfə qaldırmışıq. Hər halda, prosesləri izləməliyik”.
 
//qaynarinfo
Загрузка...

Xəbər lenti