Baş nazirin evindən görün nələr çıxdı: milyonlarla pul, ziynət əşyaları... - VİDEO

Baş nazirin evindən görün nələr çıxdı: milyonlarla pul, ziynət əşyaları... - VİDEO
Malayziya polisi ölkənin baş naziri Nacib Razakın müxtəlif yerlərdəki villalarına basqın təşkil edib.

Qaynarinfo xəbər verir ki, onun evindən içərisində brend məhsullar, zinət əşyaları olan yüzlərlə qutu və milyonlarla pul çıxıb.

Rüşvətxorluqda ittiham olunan baş nazirin dövlət fondundan öz hesabına 700 milyon dollar köçürdüyü də iddia edilir.

Malayziyanın korrupsiyaya qarşı baş idarəsinin müdiri Amar Sinx mətbuata açıqlamasında evdən 284 qutu tapıldığını bildirib:

"Əməkdaşlarımız həmin çantaların içini yoxlayıb və 72 çantada Malayziya Rinqqiti, ABŞ dolları olan nəğd pullar, saatlar və zinət əşyaları olduğu üzə çıxıb. Tam olaraq nə qədər ziynət əşyaşı olduğunu bilmirəm. Çünki miqdarı həddən artıq çoxdur".

Sinx həmçinin çantalar arasında Hermes, Birkin və Louis Vuitton kimi məşhur markaların da olduğunu diqqətə çatdırıb.

Baş nazirin vəkili isə iddiaların gerçəyi əks etdirmədiyini, əslində həmin əşyaların çox da dəyərli olmadığını və baş nazirin nüfuzuna xələl gətirmək üçün edildiyini bildirib.
 
 

Загрузка...

Xəbər lenti