Başçının müavini işdən çıxarılıb? - İcra Hakimiyyətindən AÇIQLAMA

Başçının müavini işdən çıxarılıb? - İcra Hakimiyyətindən AÇIQLAMA
Səhər saatlarında Report.az saytında Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Elşad Paşa oğlu İbrahimovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbər dərc edilib.

Sonxeber.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Başçının köməkçisi Elnur Hüseynov Sonxeber.az-a xəbəri təkzib edib:

"Yayılan məlumatdan xəbərim yoxdur. Bu günkü gün Elşad müəllim işdən çıxarılmayıb. Hazırda işdədir".

Qeyd edək ki, E. İbrahimov bu vəzifədən əvvəl şəhərin baş memarı olub.

loading...

Xəbər lenti