Belarusdan Putinə qəribə təklif: “Rusiyaya birləşməyə hazırıq”

Belarusdan Putinə qəribə təklif: “Rusiyaya birləşməyə hazırıq”
Belarusun prezidenti Lukaşenko ötən həftə Rusiya lideri Vladimir Putinlə görüş keçirib.

"Ölkə.Az” xəbər verir ki, görüşdən sonra iki dövlət başçısı mətbuat konfransı keçirib. Lukaşenko ölkəsinin torpaqlarını Rusiya ilə birləşdirməyə hazır olduğunu bildirib.

Putini işarə edən Lukaşenko "İkimiz sabah birləşə bilərik, problem deyil” deyib və "Amma siz-ruslar və belaruslar-buna hazırsınızmı?” sualını əlavə edib. Lukaşenko sözlərinə belə davam edib: "İki dövlət və onun xalqları, əyalətləri olaraq güclərimizi birləşdirməyə hazırıq”.

Belarus 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqilliyini elan edib. Lukaşenko isə 1994-cü ildə keçirilən seçkilərdə dövlət başçısı olub.
Загрузка...

Xəbər lenti